BİZ SİZƏ ZƏNG EDƏRİK




UP
Onlayn test
Əlaqə

012 498 01 88        050 322 06 25

Vakansiyalar

Beynəlxalq imtahanlar

Beynəlxalq imtahanlar

WSL-də aşağıdakı beynəlxalq imtahanlara hazırlıqlar aparılır:

TOEFL - (Ümumi məlumat)

İELTS -  (Ümumi məlumat)

SAT -  (Ümumi məlumat)

GMAT - (Ümumi məlumat)

GRE - (Ümumi məlumat)

Beynəlxalq imtahanlara hazırlıqlar amerikalı və avstraliyalı peşəkarlar tərəfindən həyata keçirilir. Bu hazırlıqlar əsasən tələbələrə lazımi texnikaların öyrədilməsi və imtahanda qarşınıza çıxa biləcək sualları necə ustalıqla və məntiqlə cavablandırmağı hədəfə alır. Hazırlıqlar eyni zamanda vaxtla düzgün işləməyi və akademik dildə yazı və danışıq bacarıqlarını inkişaf etdirir.

WSL şirkəti 70% korporativ müştərilərlə (Bax – Layihələrimiz) 30% isə fərdi müştərilərlə işləməkdədir. Əgər fərdi müştəri kimi müraciət edirsinizsə Sentyabr və ya Yanvar aylarında qeydiyyatdan keçərək yer saxlamığınız vacibdir. 

Amerikan, Kanadalı, Böyük Britaniyalı və Avstraliyalı peşəkar müəllimlər heyəti, o cümlədən xaricdə təhsil almış və təcrübə keçmiş yerli mütəxəssislərimizlə dərsləri əldə etmək üçün addımlarla məlumat aşağıdakı kimidir:

  • WSL (Bax – Haqqımızda və Layihələrimiz) və təklif olunan İngilis dili kurslarımız haqqında məlumat alırsınız. Digər suallarınız varsa bizimlə ƏLAQƏ saxlayırsınız.
  • Qeydiyyatdan keçməklə ofisimizə yaxınlaşırsınız və İngilis dili ehtiyaclarınızı və məqsədlərinizi bildirirməklə Təhsil İşləri Üzrə menecerimizdən peşəkar məsləhətlər alırsınız. 
  • Sizə lazım olan kurslar və proqrama aid peşəkar məsləhəti sonra ilkin sınaq imtahanı götürürsünüz. Sınaq imtahanı ödənişsizdir və təxminən 1 və ya 1,5 saata kimi davam edir və 1 iş günü ərzində yoxlanılır. Eyni zamanda bütün boş vaxtlarınızı qeyd edirsiniz ki nəticələrə və vaxtlarınıza uyğun yerləşdirmələr aparılsın.
  • Ofis heyətimiz sizinlə əlaqə saxlayır və nəticələrinizi izah etməklə təyin olunan dərs saatlarını, zəmanət müddətini və proqramınız haqqında digər məlumatları bildirir. Beləliklə siz WSL-in tələbəsi statusunu almışolursunuz.

Dərsə başladıqdan sonra:

  • Hər həftə və hər ay keçilən dərslərə uyğun sınaq imtahanları keçirilir və nəticələrinizə uyğun təhsil işləri üzrə Menecerimiz və müəlliminizdən peşəkar məsləhətlər alırsınız. 
  • Hər səviyyə üzrə pilləni bitirəndə səviyyə imtahanı verirsiniz və növbəti səviyyəyə keçirsiniz. Əgər zəmanət müddəti başa çatmışdırsa və sizdə növbəti mərhələyə keçmək üçün müəyyən çətinliklər varsa sizə şirkətimiz tərəfindən ödənişsiz əlavə dərslər təyin olunur ki pilləni tam başa vura biləsiniz.
  • B2 səviyyəsini (Bax – Səviyyələr üzrə pillələr) bitirdikdən sonra siz İngilis dilində tam sərbəst ünsiyyətə malik olursunuz və sertifikat imtahanı verərək WSL sertifikatını əldə edirsiniz. Sertifikatımız beynəlxalq əməkdaşlarımız tərəfindən tanınır və sertifikatda sizin WSL-də istifadə olunan Kaplan metodu ilə dərs keçdiyiniz o cümlədən də hər bir dərs pilləsi, yəni Listening (Dinləmə), Speaking (Danışıq), Reading (Oxu), Writing (Yazı), Vocabulary (Söz ehtiyatı) və Grammar (Qrammatika) üzrə ayrıca ballarınız yekun ortalama balınız ilə birlikdə qeyd olunur. 

WSL-də dil biliklərini müəyyən etmək üçün səviyyələr üzrə pillələri artıq dünyada qəbul olunan “Common European Framework of Reference for Languages” (CEFR) üzrə aparır. Xüsusi İngilis dili kurslarına başlamaq üçün müraciət edənlərdə ən azı B2 səviyyəsi olmalıdır. 

Daha aşağı səviyyələrdə tələbə ilk öncə lazımı bilikləri tamamlayır və daha sonra beynəlxalq imtahanlara hazırlıqlara başlaya bilərlər. Hazırlıqlar B1 səviyyəsində olan tələbələr üçün nəzərdə tutulur və bu hazırlığı bitirmək üçün fərdi və ya qrupla gəlməyinizdən asılı olaraq 2-4 ay tələb olunur. Hazırlıqlar müvafiq olaraq seçdiyiniz imtahandan aıslı olaraq aşağıdakı kimidir:

  • Pre-TOEFL (TOEFL imtahanı hazırlığına başlamaq istəyən, lakin ingilis dili biliyi B1 səviyyəsində olanlar üçün)
  • Pre-İELTS (İELTS imtahanı hazırlığına başlamaq istəyən, lakin ingilis dili biliyi B1 səviyyəsində olanlar üçün)
  • Pre-SAT (SAT imtahanı hazırlığına başlamaq istəyən, lakin ingilis dili biliyi B1 səviyyəsində olanlar üçün)
  • Business Foundation (GMAT və GRE imtahanı hazırlığına başlamaq istəyən, lakin ingilis dili biliyi B1 səviyyəsində olanlar üçün)

İngilis dili biliyi B1 səviyyəsindən aşağı olanlar üçün isə A1 və A2 pillələrində kurslarımız təklif olunur. Ümumiyyətlə, CEFR üzrə kurslarımız aşağıdakı səviyyələrdə təklif olunur:

A1 – Digər adları Breakthrough Level və ya Beginner Level: Özünü təqdim etmə və çox sadə dildə ünsiyyət və yazı bacarıqları

A2 – Digər adları Way stage Level və ya Elementary Level: Özü və ətrafı (Ailə, təhsil, iş v.s.) barəsində məlumat vermə və sadə cümlələr vasitəsilə ünsiyyət qurma və yazı bacarıqları

B1 – Digər adları Threshold Level və ya Pre-İntermediate Level: Ailə, iş, məktəb və digər ümumi mövzuların əsas məğzini anlama bacarıqları və o cümlədən də oxşar mövzularda öz fikirlərini, arzularını ifadə etməklə ünsiyyət qurma və yazı bacarıqları.

B2 – Digər adları Vantage Level və ya İntermediate Level: Bütün növ mövzuları anlama bacarığı və tam sərbəst şəkildə ünsiyyət və yazı bacarıqları. Bu səviyyə əsasən Azərbaycanda ümumi İngilis dili tələb olunan bir sıra şirkətlərdə işə başlamağa imkan verir. B2 səviyyəsi o cümlədən də TOEFL, İELTS və digər beynəlxalq imtahanlara hazırlığa başlanmaq üçün kifayət edir.

C1 – Digər Adları Effective Operational Proficiency Level və ya Upper İntermediate Level: Akademik və peşəkar mühitdə daha uzun cümlələr qurmaqla kompleks fikirləri ifadə etmə və yazma bacarıqları. 

C2 – Digər Adları Mastery Level və ya Advanced Level: Bu səviyyə artıq ana dili səviyyəsində ingilis dilidir və bu pillədə İngilis dilində həm akademik həm də spontan vəziyyətlərdə aidiyyatı üzrə idiomlar, frazalar və daha kompleks ifadələr işlətməklə ünsiyyət və yazı bacarıqlarını əhatə edir. 

Yerli mütəxəssislərimiz A1 – C1 pillələridə, xarici mütəxəssislərimiz isə A2 – C2 pillələrindətədris edirlər.



Beynəlxalq
imtahanlar
TOEFL iBT testi IELTS GMAT GRE SAT

ƏLAQƏ

+99412 498 01 88
+99450 322 06 25
+99455 711 38 65
[email protected]

AF Business House (6-cı mər.)
Nizami küç. 203B AZ1095 Bakı
(Landmark-ın yaxınlığında)

BİZİ İZLƏYİN