BİZ SİZƏ ZƏNG EDƏRİK




UP
Onlayn test
Əlaqə

012 498 01 88        050 322 06 25

Vakansiyalar

GMAT

GMAT testinə bizim hazırlıq kursumuz testin bütün bölmələri üzrə hazırlığı əhatə edir, lakin bu ingilis dilini öyrətməyi nəzərdə tutmur. Əgər sizin ingilis dilindən bilik səviyyəniz bu mürəkkəb testi keçməyə kifayət etmirsə, onda siz hər vaxt bizim Business Foundation Ümumi ingilis dili hazırlıq kurslarımızdan istifadə etməklə bilik səviyyənizi yüksəldə bilərsiniz.

GMAT testi nədir?

GMAT — Graduate Management Admissions Test —ali təhsili olanlar və akademik karyerasını davam etdirmək istəyənlərə biznes məktəblərinə daxil olmaq üçün ixtisas biliyi səviyyəsini təyin etməyə kömək edən bir beynəlxalq imtahan növüdür.

GMAT testini kimlər veməlidir?

GMAT testi əsasən MBA və bənzər ixtisaslar üzrə biznes məktəbinə daxil olmaq, yaxud da iqtisadiyyata aid olan ABŞ və Kanada ali məktəblərinin maqistratura və doktoranturasında təhsil almaq istəyənlər üçündür. Əgər Siz GRE yaxud GMAT testlərindən hansını verəcəyinizi bilmirsinizsə, maraqlandığınız xaricdə təhsil şöbəmizlə əlaqə saxlayın və məsləhət alın.

GMAT testinin strukturu. GMAT testi 3 bölmədən ibarətdir:

• Analytical Writing bölməsi
• Verbal Reasoning bölməsi
• Quantitative Reasoning bölməsi

GMAT testindən maksimum neçə bal əldə etmək olar:
GMAT testindən maksimal olaraq 800 bal toplamaq olar. WSL metodu ilə bu kurslarda yaxşı hazırlaşmaqla maksimal balı əldə etmək mümkündür.

GMAT testini neçə dəfə vermək olar?
GMAT testi bütün dünyada təklif olunan universal testdir, müntəzəm olaraq hər ay keçirilir. Siz 31 təqvim günüdə yalnız bir dəfə və 1 təqvim ilində 5 dəfədən artıq olmamaq şərti ilə GMAT testini keçə bilərsiniz.Universitetlərə sənəd vermə vaxtlarına gecikməmək üçün GMAT testinin keçirilmə vaxtlarını diqqətlə izləyin. 

GMAT testini harda vemək olar?
GMAT imtahanını hal-hazırda Azərbaycan Dillər Universitetində vermək mümkündür.

GMAT imtahanının və sertifikatının qiyməti neçəyədir?

Hal-hazırda GMAT testinin keçirilmə qiyməti 250 ABŞ dollarıdır. Qiymət xəbərdarlıqsız dəyişilə bilər, ona görə rəsmi saytda əvvəlcədən dəqiqləşdirməyi məsləhət bilirik. Bundan əlavə, rəsmi saytda GMAT testi haqqında ingilis dilində ətraflı məlumat ala bilərsiniz.

Rəsmi sayta keçid: http://www.mba.com/global



Beynəlxalq
imtahanlar
TOEFL iBT testi IELTS GMAT GRE SAT

ƏLAQƏ

+99412 498 01 88
+99450 322 06 25
+99455 711 38 65
[email protected]

AF Business House (6-cı mər.)
Nizami küç. 203B AZ1095 Bakı
(Landmark-ın yaxınlığında)

BİZİ İZLƏYİN