BİZ SİZƏ ZƏNG EDƏRİK




UP
Onlayn test
Əlaqə

012 498 01 88        050 322 06 25

Vakansiyalar

GRE

GRE testinə hazırlıq

GRE (ingiliscə Graduate Record Examinations) — testi aspirantura, magistratura yaxud başqa diplomdan sonrakı kurslar, ABŞ, Kanada, Avstraliya və başqa ölkələrdəki ali məktəblərə daxil olmaq üçün zəruridir. Əksər hallarda bu testin nəticələri olmadan o məktəblərə ərizələrə baxılmır.

GRE üzrə iki tip imtahan mövcuddur-Ümumi test (general test), və ixtisaslaşma(subject) ilə olan testlər: fizika, kimya, riyaziyyat, biologiya, psixologiya. General test riyaziyyatdan orta məktəb proqramı ilə məhdudlaşır, subject testi isə əhatə etdiyi materiallara görə ali məktəbin üçüncü, dördüncü kursuna uyğun gəlir. Qəbul vaxtı çox proqlamlarda yalnız general testi keçmək tələb olunur. General test riyaziyyatdan əlavə ingilis dilindən də biliyi yoxlayır. Maksimal bal – 1600 olmaqla ingilis dilindən – 800, riyaziyyatdan – 800 -dür. Keçid balı adətən 50 faizdir və tələbənin söz ehtiyatına böyük diqqət yetirilir.

GRE testi ingilis dili ana dili olan tələbələr üçündür, lakin bir çox hallarda şimali Amerikada magistr və daha üstün pillələrdə oxumaq istəyən xarici tələbələr də bu imtahanı verməlidirlər. Ancaq ali məktəblərin çoxu bunun çətin olduğunu nəzərə alaraq xarici tələbələrə güzəşt edirlər. Ona görə də praktik olaraq bəzi hallarda balları aşağı olan xarici tələbələrə TOEFL testini keçməyi təklif edirlər, çünki bu GRE testindən fərqli dərəcədə asandır. GRE testinin mətninin verbal (danışılan) hissəsi imtahan verənin oxuduqlarını çevik təhlil edə bilmək bacarığını, alınan informasiyanın sistemləşdirilməsi, fikir və sözlərin, cümlənin əsas hissələri arasındakı qarşılıqlı əlaqəni bilməyi yoxlayır. Testdəki suallar həm gündəlik həyatda olanlara həm də təbiət elmlərinə aid olur. Tələbələrin söz ehtiyatına da xüsusi diqqət yetirilir.

 

GRE testinin verbal bölməsi üç tip sualları əhatə edir:

1- Text Completion

Tapşırıq birdən üçə kimi sözləri buraxılmış mətndən ibarətdir. (3-5 cümləlik) Mətnə buraxılmış sözlərin yerinə qoymaq üçün lazım olan sözlərin variantları əlavə olunur. Əgər bütün sözlər düzgün seçilmişsə, tapşırıq yerinə yetirilmiş hesab olunur.

2- Sentence Equivalence

Sentence Equivalence sualı bir sözü buraxılmış cümlədən ibarətdir. Cümləyə altı variantda cavab söz təklif olunur. Təklif olunan sözlərdən elə ikisini seçməklazımdır ki, cümlədə eyni məna alınsın. Bəzən təklif olunan səhv cavablar arasındada sinonimlər olur, belə ki onların işlədilməsi cümlənin məntiqini pozur. Düzgün cavabların sinonim olması isə vacib deyil, lalkin onların işlənməsi cümləni eyni mənaya, ziddiyyətsiz olmağa gətirməlidir.

3- Reading Comprehension

Reading Comprehension tapşırığı mətndən və ona aid bir neçə sualdan ibarət olur. Mətnlər müxtəlif həcmdə və müxtəlif sahələrə aid ola bilər (təbiət elmləri, sosialvə humanitar elmlər).

Mətnə aid suallar bu formatda olur:

1- Sual və ona aid beş cavab variant: bu halda yeganə düzgün cavab tapılmalıdır.

2- Sual və üç variantda cavab: bu halda bütün doğru cavablar tapılmalıdır (Artıq bir yox birdən üçə kimi doğru cavablar tapılmalıdır)

3- Tapşırıq: müəyyən məntiqi bağlılığa və kriteriyalara uğun cümlənin mətndən tapılması.

 

WSL ilə GRE hazırlığı üzrə əldə edəcəyiniz zəruri vərdişlər:

GRE hazırlığı ana dili ingilis dili olan xarici peşəkarlarla keçilməsi faktoru ilə yanaşı, müəllimlərimiz GRE imtahanı üzrə 5-10 illik tədris təcrübəsinə malikdirlər. Beləliklə məktəbimizdə GRE üzrə inkişaf etdirəcəyiniz ən zəruri vərdişlər aşağıdakılardır:

1. Text Completion, Sentence Equivalence sualları üçün lazımi nadir sözlərin öyrədilməsi.
2. Məntiqi düşüncə, mühakimələrdəki məntiqi səhvləri aşkar edə bilmək.
3. Analitik oxu vərdişləri (mətnə aid bəzi suallar “nə”, “kim”, “harda”,” nə zaman”kimi deyil, “nə üçün”, “niyə” şəklində ifadə olunub).
4. Detallara diqqət və yaddaşda massiv məlumatların saxlana bilməsi.

 



Beynəlxalq
imtahanlar
TOEFL iBT testi IELTS GMAT GRE SAT

ƏLAQƏ

+99412 498 01 88
+99450 322 06 25
+99455 711 38 65
[email protected]

AF Business House (6-cı mər.)
Nizami küç. 203B AZ1095 Bakı
(Landmark-ın yaxınlığında)

BİZİ İZLƏYİN