BİZ SİZƏ ZƏNG EDƏRİK




UP
Onlayn test
Əlaqə

012 498 01 88        050 322 06 25

Vakansiyalar

IELTS

IELTS (International English Language Testing System) — İngilis dili üzrə beynəlxalq test sistemidir. Bu testlər ana dili ingilis dili olmayan insanların bilik səviyyəsini vədil vərdişlərini müəyyən etməyə imkan verir. IELTS ingilis dili üçün dünyada ən çox tələb olunan testdir. 2012-ci ildə bu testdən 2 milyon insan keçmişdir və testin populyarlığı ildən-ilə artır. IELTS üç təşkilata məxsusdur: Kembricdə ESOL İmtahanları, Britaniya şurası IDP, IELTS Avstraliya. Testin iki versiyası var: Academic IELTS (akademik versiya) və General Training IELTS (ümumi versiya).

WSL İELTS kurslarını xüsusi metodla tədrisini həyata keçirir ki, bu da tələbələrimizin yüksək nəticə əldə etməsinə imkan yaradır. Bu metodika testin bütün dörd bölməsi üçün hazırlanmışdır: dinləmə bölməsi (listening), mətnlə oxuma və işləmə bölməsi (reading), danışıq bölməsi (speaking) və akademik esse yazı bölməsi (writing). İELTS testi üçün maksimal bal 9-dur və sertifikat iki il ərzində keçərlidir.

Hazırlıqlar dinləyicilərinə ingilis dilində baza bilgisi deyil, əsaslı bilik verir. Əgər İELTS kurslarına başlamağa dil bilik və bacarıqlarınız kifayət etmirsə o zaman pre-İELTS kurslarımızdan faydalanaraq lazım olan səviyyəyə çatırsınız və daha sonra İELTS kurslarına başlaya bilərsiniz. Kurs zamanı tələbələr testlərdən texniki keçid qaydalarını və 4 bölmənin suallarına asanlıqla cavab verməyi öyrənəcəklər.Həmçinin, biz öz imkanlarınızı aydınlaşdırmaq və testdən keçmə atmosferini öyrənmək üçün sizə yoxlama testindən keçmək imkanları da veririk.

İELTS testi üçün ballar necə hesablanır?

İELTS- dən alınan maksimal bal 9.0 təşkil edir. Hər bölmə üzrə (Listening, Reading, Speaking, Writing) ayrıca 0.5 ballıq intervallarla ballar qeyd olunur və yekun bal ortalama baldan asılı olaraq götürülür. Məsələn Listening – 6.0, Reading – 6.0, Speaking – 6.5 və Writing 6.5 olduğu halda ümumi yekun bal 6.5 təşkil edir.

İELTS testini harda keçmək olar?

İELTS test mərkəzləri Bakıda və digər qonşu ölkələrdə vardır.

İELTS testi üçün nə vaxt, harada və necə qeydiyyatdan keçmək olar?

İELTS testinə imtahanın rəsmi səhifəsindən (http://www.ielts.britishcouncil.org) qeydiyyatdan keçə bilərsiniz. Testlər adətən ayda bir neçə dəfə olur və tarixlər rəsmi səhifədə qeyd olunur

İELTS testini kimlər verməlidirlər?

İELTS imtahanından keçib rəsmi sertifikatı əldə etməyi biz aşağıdakı hallarda almağı məsləhət görürük:

1. Əgər sənədlərinizi ingilis dilində təhsil verən ali məktəbə verəcəksinizsə (Əksə rhallar ABŞ və bəzi digər universitetlər xaric).
2. Əgər gələcəkdə öz xidmətlərinizi qərb şirkətlərinə təklif edəcəksinizsə, yaxud tələbə və iş vizası almağı planlaşdırırsınızsa.
3. Əgər Siz ingilis dilindən hazırlıq keçərək müəyyən bilik səviyyəsinə çatmışsınızsa və bütün dünyada qəbul edilən şəhadətnamə almaq istəyirsinizsə.

İELTS və ya TOEFL imtahanı verəcəyimdən əmin deyiləm. Universitetlərhansını daha çox qəbul edir?

Bu universitetdən asılıdır, lakin ABŞ üçün TOEFL və Böyük Britaniya üçün İELTS keçərlidir. Bu zaman da nəzər almaq lazımdır ki bu imtahanlar dil göstəricisidir və qəbul üçün başqa şərtlər də vardır. Digər ölkələrdə əsasən bu imtahanların hər ikisi qəbul olunur lakin yenə də universitetə bağlı olan bir məsələdir. Daha ətraflı məlumat üçün xaricdə təhsil şöbəmizlə əlaqə saxlayın



Beynəlxalq
imtahanlar
TOEFL iBT testi IELTS GMAT GRE SAT

ƏLAQƏ

+99412 498 01 88
+99450 322 06 25
+99455 711 38 65
[email protected]

AF Business House (6-cı mər.)
Nizami küç. 203B AZ1095 Bakı
(Landmark-ın yaxınlığında)

BİZİ İZLƏYİN