BİZ SİZƏ ZƏNG EDƏRİK




UP
Onlayn test
Əlaqə

012 498 01 88        050 322 06 25

Vakansiyalar

SAT

Məktəbimizdə SAT testinə hazırlıq kursu onun bütün bölmələri üzrə işləri nəzərdətutur və sizin artıq ingilis dilini B2 səviyyəsində bilməyinizi nəzərə alır. Əgər sizinbilikləriniz kifayət dərəcədə deyilsə, siz pre-SAT kurslarımızdan başlaya bilərsiniz. Bizim çoxillik təcrübəmiz imkan verir ki, SAT testini yüksək keçid balları ilə verməkistəyən və Şimali Amerikanın bir sıra universitet və kolleclərində təhsil almaqistəyən tələbələrə bu imtahanı uğurla keçməyin bütün incəliklərindən istifadəedək.

SAT testi nə deməkdir?

SAT testi — Scholastic Aptitude Test — ali məktəblərə daxil olmaq istəyən yuxarı sinif şagirdləri və abituriyentlər üçün imtahandır. Bu test abituriyentin kollec, yaxud universtitetə daxil olmaq üçün lazımi səviyyədə hazırlığının şəhadətnaməsidir. Məktəbimizdə SAT proqramını bitirən və yüksək nəticələr əldəedən tələbələr üçün gedəcəyi universitetlərdə qəbul şərtləri və təqaüd imkanları barəsində geniş konsultasiya verilir.

SAT (SAT Exam) testlərinin hansı formatları vardır?

SAT testi iki formada təqdim olunur: SAT General/ SAT Ümumi testi və SAT subject / predmetli-yönəldilmiş.

Subject SAT 5 kateqoriyaya bölünmüş 20 müxtəlif fənlər üzrə imtahan toplusudur:

1.English
2.Languages
3.History
4.Science
5.Mathematics

SAT Subject testininəhatə etdiyi fənlərin tam siyahısi ilə siz SAT Subject testləri saytının səhifəsində tanış ola bilərsiniz.


SAT General testinin strukturu. SAT General testi 3 bölmədən ibarətdir:

1. Reading bölməsi — burada mətn parçalarının başa düşülməsi və cümlənin məntiqi tamamlanması nəzərdə tutulur.
2. Writing bölməsi — bura qısa esse daxildir, tapşırıq olan cümlələrdə səhvlərin tapılması və həm qrammatik, həm də üslubi struktur səhvlərin aradan qaldırılmasıdır.
3. Math bölməsi — bura cəbrdən, həndəsədən, statistika və ehtimal nəzəriyyəsindən hesab üçün misal və məsələlər düşür.

 

1. SAT General və SAT Subject testlərinə görə hansı maksimal ballar toplamaq olar?

SAT General test - 2400; SAT Subject теsт — 800;

2. SAT testini harda və nə zaman vermək olar?

Hal-hazırda SAT testi Bakı şəhərində ayda bir dəfə olmaqla SAT imtahan mərkəzlərində keçirilir. Daha ətraflı məlumatları SAT-in rəsmi veb səhifəsindən əldə etmək mümkündür: www.sat.collegeboard.org

3. SAT General və SAT Subject testlərini kimlər verməldir?

SAT General testi Şimali Amerikanın qabaqcıl ali məktəblərində bakalavr pilləsində təhsil almaq istəyən bütün abituriyentlərə lazımdır, lakin SAT Subject testi bəzi universitet və kolleclərin xüsusi qəbul şərtlərinə əsasən götürülür. WSL-də SAT tələbələrimiz üçün Xaricdə Təhsil ofisimiz bütün gərəkli məlumatı təqdim edir.



Beynəlxalq
imtahanlar
TOEFL iBT testi IELTS GMAT GRE SAT

ƏLAQƏ

+99412 498 01 88
+99450 322 06 25
+99455 711 38 65
[email protected]

AF Business House (6-cı mər.)
Nizami küç. 203B AZ1095 Bakı
(Landmark-ın yaxınlığında)

BİZİ İZLƏYİN