BİZ SİZƏ ZƏNG EDƏRİK




UP
Onlayn test
Əlaqə

012 498 01 88        050 322 06 25

Vakansiyalar

TOEFL iBT testi

TOEFL (Test of English as a Foreign Language) testi beynəlxalq aləmdə Amerikanın Nyu Cersi ştatında Prinston universiteti tərəfindən idarə olunan ingilis dilinin xarici dil kimi biliklərini göstərən bir beynəlxalq imtahandır.

Hal-hazırda TOEFL testinin əsas forması - TOEFL iBT (internet-based test) bir çox yerlərdə qəbul olunur. Lakin bundan başqa TOEFL PBT (paper-based test) və CBT (computer based test) formaları da vardır.

WSL TOEFL kurslarını xüsusi metodla tədrisini həyata keçirir ki, bu da tələbələrimizin yüksək nəticə əldə etməsinə imkan yaradır. Bu metodika testin bütün dörd bölməsi üçün hazırlanmışdır: dinləmə bölməsi (listening), mətnlə oxuma və işləmə bölməsi (reading), danışıq bölməsi (speaking) və akademik esse yazmaq bölməsi (writing).

Bizim kursumuz dinləyicilərinə ingilis dilində baza bilgisi deyil, əsaslı bilik verir.Əgər TOEFL kurslarına başlamağa dil, bilik və bacarıqlarınız kifayət etmirsə, o zaman pre-TOEFL kurslarımızdan faydalanaraq lazım olan səviyyəyə çatırsınız və daha sonra TOEFL kurslarına başlaya bilərsiniz.(TOEFL kurslari)

TOEFL iBT testləri üçün hansı maksimal ballar almaq olar?

TOEFL iBT- dən alınan maksimal ballar - internet-baza üçün 120 bal təşkil edir. Beləliklə hər bölmə (Listening, Reading, Speaking, Writing) üçün sizin ala biləcəyiniz maksimal bal 30-dur.

TOEFL iBT testini harda keçmək olar?

TOEFL iBT test mərkəzləri Bakıda və digər qonşu ölkələrdə vardır.

TOEFL iBT testi üçün harada və necə qeydiyyatdan keçmək olar?

TOEFL iBT testinə TOEFL-un rəsmi səhifəsindən (http://www.ets.org/toefl) qeydiyyatdan keçə bilərsiniz

TOEFL iBT testini nə qədər vaxtlarda vermək olar?

TOEFL iBT testini istənilən qədər vermək mümkündür. İmtahanın keçirilmə tarixləri üçün ETS - TOEFL iBT rəsmi saytına (http://www.ets.org/toefl) müraciət edirsiniz.

TOEFL iBT testini kimlər verməlidirlər?

TOEFL iBT imtahanından keçib rəsmi sertifikatı əldə etməyi biz aşağıdakı hallarda məsləhət görürük:

1. Əgər sənədlərinizi ingilis dilində təhsil verən ali məktəbə verəcəksinizsə (Böyük Britaniya və bəzi digər universitetlər xaric).
2. Əgər gələcəkdə öz xidmətlərinizi qərb kompaniyalarına təklif edəcəksinizsə, yaxud tələbə və iş vizası almağı planlaşdırırsınızsa.
3. Əgər siz ingilis dilindən hazırlıq keçərək müəyyən bilik səviyyəsinə çatmışsınızsa və bütün dünyada qəbul edilən şəhadətnamə almaq istəyirsinizsə.

TOEFL və ya İELTS imtahanı verəcəyimdən əmin deyiləm. Universitetlər hansınıdaha çox qəbul edir?

Bu universitetdən asılıdır, lakin ABŞ üçün TOEFL və Böyük Britaniya üçün İELTS keçərlidir. Bu zaman da nəzər almaq lazımdır ki, bu imtahanlar dil göstəricisidir və qəbul üçün başqa şərtlər də vardır. Digər ölkələrdə əsasən bu imtahanların hər ikisi qəbul olunur, lakin yenə də universitetə bağlı olan bir məsələdir. Daha ətraflı məlumat üçün xaricdə təhsil şöbəmizlə əlaqə saxlayın.



Beynəlxalq
imtahanlar
TOEFL iBT testi IELTS GMAT GRE SAT

ƏLAQƏ

+99412 498 01 88
+99450 322 06 25
+99455 711 38 65
[email protected]

AF Business House (6-cı mər.)
Nizami küç. 203B AZ1095 Bakı
(Landmark-ın yaxınlığında)

BİZİ İZLƏYİN