BİZ SİZƏ ZƏNG EDƏRİK




UP
Onlayn test
Əlaqə

012 498 01 88        050 322 06 25

Vakansiyalar

Haqqımızda

Haqqımızda

Mərkəzi ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yerləşən Washington School of Languages 2008-ci ildən bəri Azərbaycanda sizlər üçün fəaliyyət göstərməkdədir. İlk öncə Washington Language School (Courses by Kevin) adı altında fəaliyyət göstərən şirkətimiz, 2014-cü ildə tədris olunan dil seçiminə ingilis dilindən əlavə ispan dilini də daxil etməklə yeni adla “Washington School of Languages” adı altında fəaliyyətə davam etməkdədir.

Bakıda yeganə beynəlxalq dil məktəbi olan WSL-də siz ingilis dilini (ümumi ingilis dili, IELTS, TOEFL, GRE, GMAT, SAT) dilçilik üzrə elmlər doktoru, TESOL/TEFL sertifikatlı, ABŞ, Boyük Britaniya, Kanada, İrlandiya və Avstraliya vətəndaşı olan mütəxəssislərlə oyrənmək şansı əldə edirsiz!

WSL-i fəaliyyət göstərdiyi ölkələrdə o cümlədən də Azərbaycanda fərqləndirən əsas amillər aşağıdakılardan ibarətdir:

Peşəkar əcnəbi müəllimlərdən ibarət heyət

WSL Bakıda peşəkar əcnəbilərin və yerli müəllimlərin fəaliyyət göstərdiyi yeganə məktəbdir. WSL müəllim heyəti ingilis dili tədrisi üzrə ixtisaslaşmış uzunmüddətli təlim təcrübəsinə malik və beynəlxalq imtahanlar üzrə ixtisaslaşmış peşəkarlardan ibarətdir. WSL Azərbaycan respublikası Təhsil Nazirliyi və bir sıra digər qurumlarla əməkdaşlıq edərək həmin müəssisələrdə əcnəbi müəlimlər tərəfindən ingilis dili dərslərini təşkil edir. Məhz nüfuzumuz və geniş əlaqələrimiz sayəsində hər il məktəbimizə olunan 100-dən çox müraciətdən yalnız ən peşəkar müəllimləri seçirik və onlar WSL-in tədris planına yiyələndikdən sonra işə başlayırlar. Əcnəbi müəllimlərimiz əsasən ABŞ, Kanada, Böyük Britaniya, İrlandiya, Avstraliya və digər ingilis dilli ölkələrin vətəndaşlarıdırlar.

Kommunikativ metodika

Müəllimlərin bütün səyləri, onların istifadə etdiyi materialllar, öyrətmə proqramları, çalışma formalarının müxtəlifliyi sizin düzgün ünsiyyət vərdişlərinizin inkişafı üçün nəzərdə tutulub. Dərslər ingilis dilinin 6 bölməsi üzrə (dinləmə, danışma, oxuma, yazma, qrammatika və söz ehtiyatı) aparılır və sizin bu bölmələrdən ehtiyacınız olanına daha çox diqqət yetirilir. Dil tədrisi WSL-in xüsusi tədris planı sayəsində artıq cansıxıcı qaydalar toplumu olmaqdan çıxır, və fikirlərinizi əcnəbi dildə sərbəst şəkildə ifadə etməyə yönlənir.

İngilis dilli mühit

WSL-in Bakı məktəbində asudə vaxtınızı əcnəbilərlə ünsiyyət qurmaqla və həftə sonlarındakı danışıq klublarında iştirak etməklə keçirə bilərsiniz. Bundan əlavə oxu materialları ilə zəngin kitabxanamızda və ingilis dilində kinolar və digər video və audio materiallardan ibarət olan “Resource Room”-da dili biliklərinizi daha da zənginləşdirə bilərsiniz.

Fərdi yanaşma və nəticə

Tələbələrimiz kurslarımıza daxil olarkən, dil səviyyələrini müyyənləşdirmək məqsədilə, ödənişsiz yazılı və şifahi test imtahanından keçirlər. Yalnız tələbələrimizin dil səviyyəsini və İngilis dilini öyrənmək məqsədlərini müəyyənləşdirdikdən sonra onları qruplara bölürük. WSL menecerləri daim öz tələbələrinin irəliləyiş və nailiyyətlərini nəzarətdə saxlayır və bu məqsədlə aylıq və 3 aylıq “Progress” imtahanlar keçirilir.

Müasir texnologiya və komfort

Şəhərin mərkəzində, lakin sıxlıq və tıxaclar olmayan bir məkanda yerləşən məktəbimiz, müasir standartlara, təhlükəsizlik və texnoloji şərtlərə tam cavab verir. Tələbələrimiz üçün xüsusi olaraq nəzərdə tutulan resurs otağımızda isə asudə vaxtınızı filmlər seyr etmək, kitablar oxumaq və xəbərlər izləməklə keçirə bilərsiniz.




Beynəlxalq
imtahanlar
TOEFL iBT testi IELTS GMAT GRE SAT

ƏLAQƏ

+99412 498 01 88
+99450 322 06 25
+99455 711 38 65
[email protected]

AF Business House (6-cı mər.)
Nizami küç. 203B AZ1095 Bakı
(Landmark-ın yaxınlığında)

BİZİ İZLƏYİN