BİZ SİZƏ ZƏNG EDƏRİK




UP
Onlayn test
Əlaqə

012 498 01 88        050 322 06 25

Vakansiyalar

Ümumi İngilis dili

WSL şirkəti 70% korporativ müştərilərlə (Bax – Layihələrimiz), 30% isə fərdi müştərilərlə işləməkdədir. Əgər fərdi müştəri kimi müraciət edirsinizsə, sentyabr və ya yanvar aylarında qeydiyyatdan keçərək yer saxlamığınız vacibdir.

Amerikalı, Kanadalı, Böyük Britaniyalı və Avstraliyalı peşəkar müəllimlər heyəti, o cümlədən xaricdə təhsil almış və təcrübə keçmiş yerli mütəxəssislərimizin dərslərində iştirak etmək üçün aşağıdakı mərhələlərə əməl edin:

  • WSL (Bax – Haqqımızda və Layihələrimiz) və təklif olunan İngilis dili kurslarımız haqqında məlumat alırsınız. Digər suallarınız varsa, bizimlə ƏLAQƏ saxlayırsınız.

· Qeydiyyatdan keçməklə ofisimizə yaxınlaşırsınız və İngilis dili ilə bağlı ehtiyaclarınızı və məqsədlərinizi bildirməklə Təhsil İşləri üzrə menecerimizdən peşəkar məsləhətlər alırsınız.

· Sizə lazım olan kurslar və proqrama aid peşəkar məsləhətdən sonra ilkin sınaq imtahanından (həmçinin online şəkildə) keçirsiniz. Sınaq imtahanı ödənişsizdir və təxminən yarım saata kimi davam edir və 1 iş günü ərzində yoxlanılır. Eyni zamanda, bütün asudə vaxtınızı qeyd edirsiniz ki, nəticələrə və vaxtınıza uyğun yerləşdirmələr aparılsın.

· Ofis heyətimiz sizinlə əlaqə saxlayır və nəticələrinizi izah etməklə təyin olunan dərs saatlarını, zəmanət müddətini və proqramınız haqqında digər məlumatları bildirir. Beləliklə, siz WSL-in tələbəsi statusunu almış olursunuz.

Dərsə başladıqdan sonra:

· Hər həftə və hər ay keçilən dərslərə uyğun sınaq imtahanları keçirilir və nəticələrinizə uyğun təhsil işləri üzrə Menecerimiz və müəlliminizdən peşəkar məsləhətlər alırsınız.

· Hər səviyyə üzrə pilləni bitirəndə səviyyə imtahanı verirsiniz və növbəti səviyyəyə keçirsiniz. Əgər zəmanət müddəti başa çatmışdırsa və sizdə növbəti mərhələyə keçmək üçün müəyyən çətinliklər varsa, sizə şirkətimiz tərəfindən ödənişsiz əlavə dərslər təyin olunur ki, pilləni tam başa vura biləsiniz.

· B2 səviyyəsini (Bax – Səviyyələr üzrə pillələr) bitirdikdən sonra siz İngilis dilində tam sərbəst ünsiyyət qura bilirsiniz və sertifikat imtahanı verərək WSL sertifikatını əldə edirsiniz. Sertifikatımız beynəlxalq əməkdaşlarımız tərəfindən tanınır və sertifikatda sizin WSL-də istifadə olunan Kaplan metodu ilə keçdiyiniz dərs, o cümlədən hər bir dərs pilləsi, yəni Listening (Dinləmə), Speaking (Danışıq), Reading (Oxu), Writing (Yazı), Vocabulary (Söz ehtiyatı) və Grammar (Qrammatika) üzrə ayrıca ballarınız yekun orta balınız ilə birlikdə qeyd olunur.

Ümumi İngilis dili kursları aşağıdakı mövzular üzrə aparılır:

· Work and Leisure – İş və asudə vaxt

· Travel – Səyahət

· Entertainment – Əyləncə

· Culture – Mədəniyyət

· Food – Qida

· Sales - Satış

· People - İnsanlar

· Vacations – Tətil

· Home & Living abroad – Vətəndə və xaricdə yaşamaq


Dərslər Listening (Dinləmə), Speaking (Danışıq), Reading (Oxu), Writing (Yazı), Vocabulary (Söz ehtiyatı) və Grammar (Qrammatika) pillələri üzrə aparılır. Ümumiyyətlə, bu pillələrdən hər hansı birini və ya bir neçəsini inkişaf etdirmək lazımdırsa, sizin üçün xüsusi proqram tərtib olunur və həmin proqramla ehtiyaclarınıza uyğun pillələri keçirsiniz.

WSL, səviyyələrə görə İngilis dili mərhələlərini dünyada qəbul olunan Common European Framework of Reference for Languages (CEFR) üzrə aparır. Hər bir səviyyəni tamamlamaq üçün fərdi və ya qrup şəklində gəlməyinizdən asılı olaraq 2-4 ay tələb olunur. CEFR üzrə aşağıdakı səviyyələrdə kurslarımız təklif olunur:

A1 – Digər adları Breakthrough Level və ya Beginner Level: Özünü təqdim etmə və çox sadə dildə ünsiyyət və yazı bacarıqları

A2 – Digər adları Way stage Level və ya Elementary Level: Özü və ətrafı (Ailə, təhsil, iş və s.) barəsində məlumat vermək və sadə cümlələr vasitəsilə ünsiyyət qurmaq və yazı bacarıqları

B1 – Digər adları Threshold Level və ya Pre-İntermediate Level: Ailə, iş, məktəb və digər ümumi mövzuların əsas məğzini anlama bacarıqları və o cümlədən oxşar mövzularda öz fikirlərini, arzularını ifadə etməklə ünsiyyət qurmaq və yazı bacarıqları.

B2 – Digər adları Vantage Level və ya İntermediate Level: Bütün növ mövzuları anlama bacarığı və tam sərbəst şəkildə ünsiyyət və yazı bacarıqları. Bu səviyyə əsasən Azərbaycanda ümumi İngilis dili tələb olunan bir sıra şirkətlərdə işə başlamağa imkan verir. B2 səviyyəsi həmçinin TOEFL, İELTS və digər beynəlxalq imtahanlara hazırlığa başlanmaq üçün kifayət edir.

C1 – Digər Adları Effective Operational Proficiency Level və ya Upper İntermediate Level: Akademik və peşəkar mühitdə daha uzun cümlələr qurmaqla kompleks fikirləri ifadə etmə və yazma bacarıqları.

C2 – Digər Adları Mastery Level və ya Advanced Level: Bu səviyyə artıq ana dili səviyyəsində İngilis dilidir və bu pillədə İngilis dilində həm akademik, həm də spontan vəziyyətlərdə aidiyyatı üzrə idiomlar və daha kompleks ifadələr işlətməklə ünsiyyət və yazı bacarıqlarını əhatə edir.

Yerli mütəxəssislərimiz A1 – C1 səviyyələrində, xarici mütəxəssislərimiz isə A2 – C2 səviyyələrində tədris edirlər.

Ingilis dili kursları



Beynəlxalq
imtahanlar
TOEFL iBT testi IELTS GMAT GRE SAT

ƏLAQƏ

+99412 498 01 88
+99450 322 06 25
+99455 711 38 65
[email protected]

AF Business House (6-cı mər.)
Nizami küç. 203B AZ1095 Bakı
(Landmark-ın yaxınlığında)

BİZİ İZLƏYİN