BİZ SİZƏ ZƏNG EDƏRİK




UP
Onlayn test
Əlaqə

012 498 01 88        050 322 06 25

Vakansiyalar

Etika Akademiyası yeni əməkdaşlıq memorandumu imzalayıb

03/02/2015

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) nəzdində yaradılan Etika Akademiyası ilə Vaşinqton Dillər Məktəbi (Washington School of Languages - WSL) arasında əməkdaşlıq memorandumu imzalanıb.
AGAT-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə yüksək hazırlıqlı kadrların yetişdirilməsinin vacibliyi və bu sahədə mərkəzin təqdim etdiyi proqramların əhəmiyyəti qeyd olundu.
Etika Akademiyasının rəhbəri Günel İbrahim çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunan “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda gənc mütəxəssislərin, milli kadrların yetişdirilməsinin əks olunduğunu vurğulayaraq, qurulacaq əməkdaşlığın bu baxımdan önəmini diqqətə çatdırıb. Qeyd olunub ki, peşəkar davranış qaydaları və etik normalar üzrə kadrlar yetişdirən Etika Akademiyası bu sahədə Avropa və Amerika proqramlarını tətbiq edir. Geniş müəllim heyətinə sahib olan WSL biznes, maliyyə və digər sahələr üzrə işgüzar ingilis dilini xüsusi proqramlarla təqdim edir. Bu əməkdaşlıq “Biznes etiket” və “Biznes English” proqramlarının təqdim edilməsinə imkan verəcək.
WSL-in rəhbəri Tamerlan Vahabov məktəbin dövlət qurumları ilə sıx əməkdaşlıq etdiyini, Təhsil, Daxili İşlər nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və digər qurumlarla müxtəlif layihələrin həyata keçirilməsinə başladıqlarını vurğulayıb. O, eyni zamanda, xaricdən dəvət olunan mütəxəssislərlə birgə korporativ, ümumi, biznes və beynəlxalq imtahanlara hazırlıq (TOEFL, İELTS, SAT, GMAT, GRE ) üzrə ingilis dili proqramları barədə məlumat verib.

Ətraflı məlumat - http://azertag.az/xeber/836121



Beynəlxalq
imtahanlar
TOEFL iBT testi IELTS GMAT GRE SAT

ƏLAQƏ

+99412 498 01 88
+99450 322 06 25
+99455 711 38 65
[email protected]

AF Business House (6-cı mər.)
Nizami küç. 203B AZ1095 Bakı
(Landmark-ın yaxınlığında)

BİZİ İZLƏYİN