BİZ SİZƏ ZƏNG EDƏRİK




UP
Onlayn test
Əlaqə

012 498 01 88        050 322 06 25

Vakansiyalar

Layihələrimiz

ƏSAS LAYİHƏLƏRİMİZ

Azərbaycan Respublikası Təhsil Nazirliyi

WSL, Nazirliyin 2014-2015-ci akademik ilindən başlayan “Sabah” layihəsi (www.sabah.edu.az) üçün nəzərdə tutulan peşəkar xarici müəllimlərin yeganə təminatçısıdır. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində hazırlanmış Sabah qrupları universitetlərin seçilmiş tələbələrindən ibarətdir. Təhsil Nazirliyinin podratçısı kimi WSL hal-hazırda ABŞ, Avstraliya, İrlandiya, Kanada və digər ölkələrin vətəndaşları olan peşəkar müəllim qrupunu və onların tədris planını Sabah layihəsi çərçivəsində uğurla həyata keçirməkdədir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

WSL, gömrük orqanları işçilərinin İngilis dilinin inkişafı layihəsi çərçivəsində Komitənin bir sıra idarələrində İngilis dilinin tədrisini həyata keçirmişdir. Hal-hazırda WSL Komitənin baş idarəsində təqribən 40 əməkdaşa Ümumi və İşgüzar İngilis dilinin tədrisini təşkil edir.


SOCAR-AQŞ MMC

WSL Socar-AQŞ MMC-nin platformadakı əməkdaşları üçün Texniki İngilis dilinin, ofis əməkdaşları üçün isə İşgüzar İngilis dilinin təlimlərini həyata keçirir. Platforma əməkdaşları üçün nəzərdə tutulmuş xüsusi tədris proqramımız İngilis dilinin həm ünsiyyət və texniki hesabat yazmaq bacarıqlarını, o cümlədən də neft və qaz sahəsi üzrə tələb olunan dil bacarıqlarını əhatə edir.

Azərpoçt MMC

Ümumi İngilis dili proqramına peşəkar sahədə müəyyən əlavələr edilərək xüsusi bir proqramla keçirilən tədris layihəsidir. Proqramda həm ümumi dil bacarıqlarına, həm də işgüzar sahədə işlədilən danışıq və yazı tərzinə diqqət yetirilmişdir.

Azpetrol MMC

WSL Azeptrol MMC əməkdaşları üçün həm Ümumi İngilis dili, həm də İşgüzar İngilis dili təlimlərini həyata keçirmişdir. Dərslər əsasən biznes danışıqlarının və yazışmalarının beynəlxalq qaydalara uyğun düzgün şəkildə aparılmasını əhatə etmişdir

Bakcell

WSL şirkəti, Bakcell işçiləri üçün ümumi və İşgüzar İngilis dili üzrə təlimlərini həyata keçirir. Müəllimlərin arasında, həm yerli həm də əcnəbi mütəxəssislər xidmət göstərirlər.

Bos Shelf

WSL Bos-Shelf şirkəti əməkdaşlarına General English (Ümumi İngilis dili) proqramı üzrə dərsləri təşkil edir. Hal hazırda şirkətin bir sıra əməkdaşına yuxarıda sözügedən proqram üzrə İngilis dili dərsləri keçirilməkdədir.



Beynəlxalq
imtahanlar
TOEFL iBT testi IELTS GMAT GRE SAT

ƏLAQƏ

+99412 498 01 88
+99450 322 06 25
+99455 711 38 65
[email protected]

AF Business House (6-cı mər.)
Nizami küç. 203B AZ1095 Bakı
(Landmark-ın yaxınlığında)

BİZİ İZLƏYİN