BİZ SİZƏ ZƏNG EDƏRİK




UP
Onlayn test
Əlaqə

012 498 01 88        050 322 06 25

Vakansiyalar

Dil kursları paketi (16+ yaş)

Dil kursları paketi (16+ yaş)

Washington School of Languages şirkəti istirahətini xaricdə keçirməyi planlayanlar üçün qısamüddətli (2 həftəlik) dil kursları paketini təklif edir. İndi siz səyahət etdiyiniz ölkənin dilinə də yiyələnmiş olacaq və həmçinin cari dil biliklərini təklif etdiyimiz kurslar sayəsində möhkəmləndirmiş və inkişaf etdirmiş olacaqsınız. Kurslar Avropanın müxtəlif ölkələrdə, eləcə də ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya və Maltada təşkil edilir. Təklif edilən kurslar paketinə dil dərsləri ilə yanaşı sosial proqramlar və ekskursiyalar da daxildir ki, siz nəinki ciddi dərs şəraitində həmçinin alternativ şəraitlərdə də əyləncəli şəkildə ünsiyyət imkanlarınızı genişləndirə bilərsiniz. Böyüklər üçün nəzərdə tutulan kurslarda minimal yaş həddi 16 dır. Lakin siz balacalar üçün də olan yay düşərgələrindən yararlana bilərsiniz. Kursa başlamaq üçün minimum müddət 2 həftədir, lakin sizin istəyinizdən asılı olaraq aşağıdakı təkliflərə əlavələr və dəyişikliklər ola bilər. Kursa başlamazdan ən azı 3-4 həftə öncə müraciət etmək lazımdır.

Dil kursları paketlərindən başqa müxtəlif sahələr üzrə də (Biznes, Maliyyə, İT v.s.) paketlər mümkündür. Bunun üçün ofisimizə müraciət eməklə xüsusi paketlər təklifini əldə edə bilərsiniz.

Aşağıdakı dillərə uyğun azyaşlılar üçün yay dil düşərgələri təklif olunur. Ölkə və şəhər seçimlərini müvafiq dilin üzərindəki keçidlə əldə edə bilərsiniz:




Beynəlxalq
imtahanlar
TOEFL iBT testi IELTS GMAT GRE SAT

ƏLAQƏ

+99412 498 01 88
+99450 322 06 25
+99455 711 38 65
[email protected]

AF Business House (6-cı mər.)
Nizami küç. 203B AZ1095 Bakı
(Landmark-ın yaxınlığında)

BİZİ İZLƏYİN